Thursday, 10 March 2016

Qaranlıq otağı necə işıqlandırmaq olar?
Düzgün işıqlandırılma sistemi otaqların daha da aydın və geniş görünməsinə hər zaman imkan verir. Bunun üçün bir çox ev sahibləri boğunuq mühit yaradan qaranlıq otaqlarla mübarizə aparmağa çalışırlar.
Əmin olun, bir otağın daha da işiqlı görünməsi üçün iri pəncərələr qoymaq yeganə çıxış yolu deyildir. Qaranlıq otaq üçün bir neçə dekorativ ideyadan istifadə etməklə siz geniş və işıq saçan abu-havanı əldə edə bilərsiniz.






Düzgün Rənglər Seçimi


Açıq mavi, sarı və ya yaşıl kimi soyuq rənglər vizual olaraq otaqları genişləndirmək üçün ideal variant sayılır.

Qırmızı və portağal çalarları olan aktiv diapazon rənglərin istifadəsi isə əks nəticə yaradır, odur ki, bu tip rənglərdən istifadə etməzdən öncə yetərincə rəng seçiminizin düzgün olub-olmaması barədə bir daha düşünsəz - yaxşı olar.
Bir otağa kifayət qədər işıq yaymaq üçün ən yaxşı üsüllardan biri də divarları boyarkən daha çox mat teksturlu, yumurta qabığı və ya satin rənglərən istifadə etməkdir. Güzgü Effekti Heç Vaxt Məyus Etməz Çalışın bir otağın səthində maksimum işıqsaçan materiallardan istifadə edin, xüsusiylə də, güzgülərdən.Məsələ bundadır ki, əgər güzgü otağda düzgün yerdə yerləşdirilsə, bu otağın daha da aydınlanmsında ikiqat effekti verə bilər.
Bunun üçün isə çalışın güzgü və güzgüyə bənzər əşyaları pəncərə ilə üzbəüz qoyun. Nə qədər çox işıq saçan əşya - o qədər də effektiv nəticə əldə edəcəksiniz.


Şüşə və ya Fransız Qapılar Otaqlar arasında işığı bölüşdürmək üçün eleqant və gözəl seçimdir. Adi qapılardan fərqli olaraq fransız qapılarından istifadə zamanı daha az səs çıxır.
Baxmayaraq ki, fransız qapıları səs izolyasiyası və isti saxlamaq kimi xüsusiyyətlərə bir o qədər malik olmasalar da, onlar otağın daha da geniş görünməsi üçün əla vasitə hesab edilir.
Dam İşığı Bəlkədə bir otağın işıqlandırılmasında istifadə edilə bilən ən çətin ideya olsa da, ən effektiv üsullardan biridir əslində. Səbəbi isə ondadır ki, damdan gələn işıq ideal olaraq otağın hər bir küncünə yayılır - bunu isə mükəmməl nəticə hesab etmək olar. Bax belə. Mən otaqların bir neçə effektiv işıqlandırma üsulları barədə sizə çox qısa şəkildə məlumat yazmaq istədim. Əgər kömək edə bildimsə, təşəkkür edirəm!

No comments:

Post a Comment