Saturday, 26 November 2016


Buxarı İdeyaları





Soyuq havada əlində bir fincan isti şokolad və qarşında alışıb yanan buxarı (kamin) :)





Buxarı (kamin) tək istilik verdiyi üçün deyil, həm də xüsusi tonqal qoxusu, otaqdaki atmosferanı ovsunlayan yumşaq alov işıqlarına görə də sevilir.




Qloballaşan dünyada insanlar daxili interyerdə indi daha çox keçmişi xatırlatdıran əşyalarla bəzəməyə üstünlük verirlər ki, buxarı da həmin dekor əşyalardəndan ən öndə gedənlərdən biridir. 






Əsrlər ərzində buxarı dizaynı və funksiyası dəyişib, istifadə olunan materiallar isə daha mürəkkəb, bəzəmə üsulları isə daha da zənginləşib. 




Hal-hazırda müasir ev və mənzillərdə buxarı sırf dekor kimi istifadə edilir. Ölçü və istehsal materiallardan aslı olaraq buxarıların qiyməti də müxtəlifdir. 




Ən qənaətli üsul – keçmiş dəmirdən olan odun sobalarının görünüşünü müasirləşdirib onu buxarı dizaynına bənzətməkdir, özü də ki vintaj sevənlər üçün bu daha da münasib ola bilər. 





Təbii ki, ən gözəl və mürəkkəb stilə malik olan buxarıları daha çox orta əsrlərə aid imarətgahlarda və qalalarda rast gəlmək olar. Səbəb – buxarı nə qədər iri və dəbdəbəli olduğundan tikili yiyəsinin varlılığı və ictimayətdəki statusu da aslı idi. 




Ümumiyyətlə buxarı bir neçə növdə olur. Yanacağa görə:
  -  Odun buxarıları-  Qaz buxarıları 
 - Elektrik buxarılar
-           Bio-buxarı.
 
Bu buxarının yanacağı bitki mənşəli olur və elə buna görə də tüstü və kül yaratmır. Nəticədə tüstü borusuna da ehtiyac duyulmur.




Bundan başqa buxarı  daha iki növə ayrılır: açıq və qapalı.




Xarici istehsalçılar arasında mən bir neçə satış liderlərinin marka adlarını çəkmək istərdim, məsələn: Invicta (Fransa), Jotul (Norveç), Spartherm (Almaniya), Seguin Duteriez (Fransa), EdilKamin (İtaliya), Schmid (Almaniya), Chazelles (Fransa), Stovax (BöyükBritaniya), Cheminees Philippe (Fransa).Qonşu Rusiyadan isə MetaBavariya brendləri öz keyfiyyətləriylə daha çox seçilir.





Sonda onu əlavə edim ki, növündən və istehsal brendindən daha vacibi seçdiyiniz buxarının sizin ürəyinizcə olmasıdır! :)


Wednesday, 22 June 2016

Ev kitabxanasının təchizi haqqında

Yəgin ki, bir çoxlarımız evimizdə kitabxananın ya sahibiyik, ya da sahibi olmaq arzusundayıq. Bunun üçün sizə topladığım bir neçə ideya nümunələrini təqdim edirəm.

Üç mərtəbəli kitabxana

Kitablara qarşı böyük sevgisi ilə seçilən italiyalı arxitektor – Mario Bellinin evində uzunluğu 9 metr olan və evin 3 mərtəbəsindən keçən kitabxanası var. İstədiyin  kitabi isə xüsusi düşünülmüş sistem köməyi ilə tapmaq mümkündür. 


Onu da qeyd edim ki, Bellini tanınmış arxitektor Pyero Portaloppi tərəfindən rekonstruksiya edilmiş XIX əsrdə Toronto şəhərində inşa edilmiş binada yaşayır. 



Kitabxana-Podium





Müştərinin istəyini yetirmək məqsədiylə, dizayner Aleksey Bıkov OSB-plitələrdən çox sayda şaquli və üfüqi rəflərdən ibarət “podium” yaratdı. 



Pəncərə Kitabxanası




Oxumaq üçün rahat yer düzəltmək üçün sadəcə pəncərəli boş divar da kifayət edə bilər. 

Qamak setkalı kitabxana (ən sevdiyim)


Madriddəki Playoffice studiyasının mütəxəssisləri uşaqların marağını cəlb edəcək qeyri-adi kitabxana düşünüblər. Kitabxananın qeyri-adiliyi qamakdadır, yəni təbiət qoynundaki kimi, evdə də qamakda uzanıb kitab oxumaq olar. Yeri gəlmişkən, bunu təkcə uşaqlar yox, böyüklər də bəyənir. 



Pilləkən kitabxanası


Əgər sizin evinizdə kitabxana üçün xüsusi otaq yoxdursa, o zaman siz də Platform 5 Architects studiyasının öz müştərisi üçün düzəltdiyi pilləkən-kitabxanasını yarada bilərsiz. 

Ümid edirəm, sizə faydalı olacaq ideyanı tapacaqsız!



Friday, 10 June 2016

İnteryer yeniləməyin 7 aktual və asan üsulu

Hətta bütün xırdalıqları düşünülmüş interyer də zaman keçdikcə köhnələ bilər: bu yeni tendensiyaların üzə çıxması ilə yanaşı həm də get gedə dünya görünüşü, həyat tərzi və subyektiv komfort hissinin dəyişməsinin də nəticəsi ola bilər. Lakin yaranan vəziyyəti düzəltmək üçün çox bahalı remont etmək heç də vacib şərt deyil. 

Bunun üçün Siz müxtəlif interyer bəzək əşyaları, bəzi funksional cihazlar və dekordan düzgün şəkildə yararlana bilərsiz.

                                       
                                    
Güzgülər


Bir çox insan güzgü dekorunu sadəcə yaraşıq vermək üçün istifadə etsədə, əslində güzgülərin rolunu əvəzolunmazdır, çünki güzgü divarları vizual olaraq genişləndirir və otağı təbii şəkildə işıqlandırır – bu isə otağa fərahlıq hissi bəxş edir.
Fantaziyanızı məhdudlaşdırmayın: kim dedi ki, güzgü mütləq şəkildə tək və böyük olmalıdır, və ya divardan asılı olmalıdır? Güzgünü bir neçə hissələrlə yığmaq olar, və ya qeyri-standart formada ola bilər və sair. 
Yalnız bir şeyi unutmayın: otaq nə qədər kiçik olsa, güzgünün raması (çərçivəsi) bir o qədər şahəli görünməlidir.

                                         Çıraqlar
Baxmayaraq ki, “nöqtəyi üsul”-la işıqlandırılma sistemi son vaxtlar çox populyarlaşıb, yenə də bir çox evlərdə sadəcə tavan çılçıraqlarından istifadə edilir. Bu isə mənzili savadlı şəkildə funksional zonalara (misal üçün, işlək zona, istirahət, çay\qəhvə içmə, oyun zonası və s.) bölməkdə çətinlik yaradır.
Buna görə də, əgər siz evinizin interyerini həyat tərzininzə uyğun olan zonalara rahat bölmək üçün tənzimlənən lokal işıq mənbələrdən istifadə etmək olar – “bra” və “torşer”-lər. Onu da qeyd edim ki, adı çəkilən çıraqların orijinal konstruksiyası isə onları otağ interyerinin effektli dekor əlavəsinə çevirə bilər.

                                          Posterlər


Əgər sizin boş divarınız varsa – onu bəzəyin. Və bunun üçün ancaq hansısa rəsm əsərinin reproduksiyası şərt deyil, məsələn, tematik posterlər də ola bilər. Bu cür posterlərin variantları isə kifayət qədərdir:- vintaj açıqçalar;- retro-afişalar;- komiks şəkilləri;-  monoxromlu qrafika;- pop-art və sair.


Sadəcə onu əlavə edim ki, sözü gedən posterləri divara həm simmetrik, həm də xaotik şəkildə yerləşdirə bilərsiz.

                                        Balaca xalçalar

Müasir interyerdə 2 sonluq mövcuddur: ya minimalizm üslübunun nəticəsində  tamailə “geyimsiz” döşəmə, ya da klassik üslübüna aid edilən, döşəməni bütöv çəkildə örtən rəngarəngli xalılar.Zənnimcə, uğurlu kompromis – bir və ya bir neçə müxtəlif növ fakturalı xırda xalçalardır. 


Misal kimi, “şeggi” və ya hamar səthli xalçalar.

                                        Pəncərə dekoru
Sintetik materiallardan olan pərdələr qədər heç bir interyer vahidi otağın aurasını ağırlaşdıra bilməz. Onları daha elegant “roma” pərdələri ilə əvəz etmək olar. “Roma” pərdələri necə olur? – Bu yüngül parçalı roletlərdir.

Başqa bir üsul – kontrast təkparça bir-qatlı pərdələrdir. Seçim sizindir.

                                          “Yaşıl Guşə”


Xüsusi altlıqlar vasitəsiylə ev bitkilərini tamdəyərli interyer atributuna çevirmək mümkündür.Bu məqsəd üçün Sizə bir neçə müxtəlif formalı qabdan ibarət olan “kaşpo” kömək edə bilər.


Bundan başqa, Siz tavan və divarları “yaşıllaşdıra” da bilərsiz. Bundan ötrü isə mağazalarda tavandan və divarlardan asılan kaşpolar istehsal edir.

                                  Saxlanma sistemləri
Bir otağın dağınıq görünməsinin əsas səbəblərindən biri: əşyalar çoxdur – yer azdır. Bu problemin həlli isə düzgün saxlanma sisteminin quraşdırılmasından asılıdır. Əgər şkaflar qapı bağlanmayana qədər doludularsa, deməli kompakt şəkildə əşyaları saxlamaq üçün “puf”-lardan və səbətlərdən istifasdə eməyiniz məsləhətdir.  


Dekorativ səbətlərin əsas 3 üstünlüyü var: 
1) Onların ölçüləri müxtəlif olur, bu isə onları istədiyiniz yerdə yerləşdirməyə imkan verir.
2) Onlar mobildir, yəni siz səbətləri heç bir mebelin yerini dəyişmədən istifadə edə bilərsiz
3) Onların dizaynı və material seçimi kifayət qədər, - bu isə o deməkdir ki, siz interyerinizin stilinə və mebel üslubunuza və CİBİNİZƏ ən uyğun olan modelini əldə edə bilərsiz.


Sunday, 15 May 2016


Qonaq otağının dizaynı necə ola bilər? - Faydalı məsləhətlər.


Sözsüz ki, qonaq otağı hər bir evin ürəyi hesab edilir, çünki bu elə bir məkandır ki, burada ailənin bütün üzvləri bir yerə toplanıb vaxt keçirə bilərlər. Bundan başqa qonaq otağı ziyarət edənlərin əyləşəcəyi və ilk görəcəkləri otaqdır. Buna görə də qonaq otağının dizaynını düşünərkən daha çox genişliyi nəzərə almaq vacibdir. Beləliklə, qonaq otağının düzgün görünüşü sizin evinizin ümumiyytlə nə dərəcədə rahatlıq hissi bəxş edəcəyi və gələn qonaqlarının nə dərəcədə özlərini "öz evindəymiş" kimi hiss edəcəklərindən asılıdır.
Qonaq otağınızın dizaynını planlaşdırarkən ilk növbədə komfort və məqsədi düşünməlisiz.


Qonaq otağınızı işıqlı və geniş göstərməyə çalışın.

Otağın rəng seçimi onun maksimal dərəcədə cazibəli görsənməsinin əsas səbəbidir. Məkanın rəng seçimini düzgün etməmək kifayətdir ki, otaq çox darıxdırıcı və maraqsız görünsün. Bunun üçün ə rəng seçərkən öncə otaqda gün ərzində nəqədər və hansı şəkldə günəç işığının düşməsinə diqqət edin və həmin axına görə də həm mebel həm də rəng seçimini etmək lazımdır. 



Rəng Paletləri

Döşəmə, aksessuar və mebel seçimini divarlarının rəngini nəzərə alaraq etmək lazımdır. Siz müəyyən bir rəng palitrasını seçib və daha sonra hər şeydə rəng seçimini həmin rəng palitrasına uyğun olaraq etməlisiniz. Qonaq otağı üçün ümumilikdə sönük sarı, açıq qəhvəyi, göy və yaşıl rənglər daha məqsədə uyğundur. Onu da qeyd edim ki, müxtəlif rənglər yalnız sizin qonaq otağınızda deyil, həm də sizin əhval-ruhiyyənizə də təsir edir.




Mavi

Mavi və ya göy rəng sakit sayılsa da, eyni zamanda otağa enerji hissini yayır. Qonaq Otağının dekorunda sıx istifadə edilməsə də, əslində ağ tonlu rənglərlə çox yaxşı ahəng yarada, təravət verə və cəzbedici qeyri-adi xariçi görünüş göstərə bilər.


Yaşıl

Məlumdur ki yaşıl rəng rahatladıcı xüsusiyyətə malikdir. 


Bu rəng həm də digər kontrast rənglərlə birgə istifadə edildikdə otağa yay təravəti və tazəliyi bəxş edir.



Qırmızı

Qırmızı düzgün şəkildə istifadə edildiyi zaman otağı gözəl göstərmək üçün əla rəng seçimi ola bilər. Misal üçün, aksesuar seçimində tünd və ya açıq tonlardaki qırmızı rəngə üz tutmaq olar, lakin qabartmamaq şərti ilə. 


Neytral

Ailəvi qonaq otağı üçün neytral rənglər seçimi ən populyar olanlardandır. Bunun səbəbi neytral rənglərinin bir çox mxtəlif rənglərdə ahəng tutmasıdır. Lavanda, boz, şabalıd və ərik rəngləri bu klassik görünüş üçün ideal hesab edilir. 


Qəhvəyi

Klassik tərz ağıla gəldikdə yada düşən rənglərdən biri dəmütləq qəhvəyidir. Xüsusiylə bu rəngi mebel seçimində vurğulamaq olar. 


Mebel

Qonaq otağının proyektini hzırlamaqdan öncə siz ılinizdəolan mebelləri yoxlamalısınız: mebel rahat, sınıqsız, söküksüz və komfortlu olmalıdır. Bundan sonra mebelin ölçüsünü otağınızın ölçülərinə uyğun olub olmadığına diqqət edin, yəni əgər otağınız balacadırsa - təbii olaraq çox böyük mebellərdə istifadə etməməlisiz. Bunları etdikdən sonra artıq hansı yeni mebel əşyasını almağa ehtiyac duyduğunuzu müəyyən edib, mebeli tamamalamaq lazımdır. Ümumiyyətlə mebel siyahısında mütləq şəkildə olmalı əşyalar bunlardır: divan, kokteyl masası və xalı. 



Sunday, 27 March 2016

Arzu edilən Yataq Otağı







 .




















Yataq otağının interyer dizaynına xüsusi önəm verilməlidir
Əsas sual isə belədir: bəs yataq otağını daha da rahat hiss etdirmək üçün nə etmək olar?
Bu suala cavab kimi mən sizə bir neçə ideya tövsiyyə edə bilərəm:



Çarpayı və Yataq Əşyaları


Çarpayıdan başlamaq lazımdır: modern və möhkəm materialdan hazırlanmış döşəkdən istifadə etmək vacibdir. Bundan başqa, çarpayınızın çərçivəsini və ya döşəkdəki simləri ("prujina bloku") yenisinə dəyişdirmək olar. Sadalananları edəndən sonra, yenilənmiş çarpayınızı yumşaq materialdan hazırlanmış yorğan və çoxsaylı yastıqlarla bəzəmək olar.




Yataq otağınaki bütün eementlər kimi, çarpayının yastıq ağının seçimində də sadə əşyalara üz tutmağı tövsiyə eirəm. Məsələn, Misir pambığından istifadə etmək olar, çünki sözügedən bu material yumşaq olması ilə yanaşı, həm də elastikliyinin uzunömürlüyü ilə seçilir. Əsində, 100 fazilik misir pambığından hazırlanan yastıq ağına vurulmaq üçün ona bircə dəfə toxunmağınız belə yetərlidir.


"Hər şeyin Sadəsi"

Dekorasiya zamanı əlavə heç bir mebelə ehtiyac yoxdur: bir ədəd çarpayı, bir və ya iki ədəd tumba, komod və böyük, gözəl çərçivəli güzgü kifayətdir.






 Lakin yataq otağınızı daha da yaradıcı göstərmək istəsəniz- çarpayının üzərindən sevdiyiniz bir rəsm əsərini də asa bilərsizniz. 


Divarların rəngini diqqətlə seçin

Yataq otağınızı nə qədər də "özəlləşdirmək" istəsəz belə, bir neçə qayda var ki,onları pozmaq məsləhət olunmur. Məsələn, yataq otağının divarları qətiyyən rəngarəng və aqressiv olmamalıdır! ( məsələn,sarı və ya qırmızı).




Əgər sizin məqsədiniz yataq otağınızı həqiqətən rahat hiss etdirən etmək istəyirsinizsə, o zaman divar boyası seçimində daha çox neytral rənglərə, xüsusiylə qara və ya qəhvəyi malarlara üstünlük verməyinizi tövsiyə edirəm.


Ətirli Şamlardan istifadə edin


Sevdiyiniz bir ətir seçin və o qoxuyu verən şamlarla yataq otağınızı bəzəyin - əmin edirəm ki, gördüyünüz effektdən razı qalacaqsıznız!

Efir Yağları

Stressdən uzaqlaşdırılmaq üçün ən geniş istifadə edilən üsullaran biri də sakitləşdirmə effekti verən efir yağlardan yararlanmaqdır. Bunun üçün siz hər hansı bir şüşə qaba 50 ml su töküb, ona bir iki damcı efir yağı əlavə edib hava təravətləndirici kimi istifdə edə bilərsiz.


Televizoru yataq otağından çıxarın!

Çünki televizor yataq otağında sizi rahatlaşdırmayacaq, hətta əksinə - stress hiss yarada bilər. 



Yataq Otağını daha da rahat hiss etdirmək üçün nə etmək olar?

Evinizi elegant və zövqlü göstərmək üçün bir çox üslubdan istifadə etmək olar. Xüsusiylə, hər bir evdə mütləq şəkildə maksimum rahat və zövqlü hiss etdirən bir otaq olmalıdır - yataq otağı! Buna görə də yataq otağı digərlərlə müqayisədə özünə daha çox diqqət yetirməyi tələb edir, çünki insanlar buradan  sadəcə yuxu almaq üçün yox, həm də ruhunu dincəltmək üçün istifadə edir əslində. 





 Əsəb sakitləşdirən qoxulara adətən çobanyastığı, lavanda, portağal, səndəl ağacı, limon, berqamot, valerian və sair bitkilərin ətirləri hesab edilir.






Thursday, 10 March 2016

Qaranlıq otağı necə işıqlandırmaq olar?
Düzgün işıqlandırılma sistemi otaqların daha da aydın və geniş görünməsinə hər zaman imkan verir. Bunun üçün bir çox ev sahibləri boğunuq mühit yaradan qaranlıq otaqlarla mübarizə aparmağa çalışırlar.
Əmin olun, bir otağın daha da işiqlı görünməsi üçün iri pəncərələr qoymaq yeganə çıxış yolu deyildir. Qaranlıq otaq üçün bir neçə dekorativ ideyadan istifadə etməklə siz geniş və işıq saçan abu-havanı əldə edə bilərsiniz.






Düzgün Rənglər Seçimi


Açıq mavi, sarı və ya yaşıl kimi soyuq rənglər vizual olaraq otaqları genişləndirmək üçün ideal variant sayılır.

Qırmızı və portağal çalarları olan aktiv diapazon rənglərin istifadəsi isə əks nəticə yaradır, odur ki, bu tip rənglərdən istifadə etməzdən öncə yetərincə rəng seçiminizin düzgün olub-olmaması barədə bir daha düşünsəz - yaxşı olar.
Bir otağa kifayət qədər işıq yaymaq üçün ən yaxşı üsüllardan biri də divarları boyarkən daha çox mat teksturlu, yumurta qabığı və ya satin rənglərən istifadə etməkdir. Güzgü Effekti Heç Vaxt Məyus Etməz Çalışın bir otağın səthində maksimum işıqsaçan materiallardan istifadə edin, xüsusiylə də, güzgülərdən.Məsələ bundadır ki, əgər güzgü otağda düzgün yerdə yerləşdirilsə, bu otağın daha da aydınlanmsında ikiqat effekti verə bilər.
Bunun üçün isə çalışın güzgü və güzgüyə bənzər əşyaları pəncərə ilə üzbəüz qoyun. Nə qədər çox işıq saçan əşya - o qədər də effektiv nəticə əldə edəcəksiniz.


Şüşə və ya Fransız Qapılar Otaqlar arasında işığı bölüşdürmək üçün eleqant və gözəl seçimdir. Adi qapılardan fərqli olaraq fransız qapılarından istifadə zamanı daha az səs çıxır.
Baxmayaraq ki, fransız qapıları səs izolyasiyası və isti saxlamaq kimi xüsusiyyətlərə bir o qədər malik olmasalar da, onlar otağın daha da geniş görünməsi üçün əla vasitə hesab edilir.
Dam İşığı Bəlkədə bir otağın işıqlandırılmasında istifadə edilə bilən ən çətin ideya olsa da, ən effektiv üsullardan biridir əslində. Səbəbi isə ondadır ki, damdan gələn işıq ideal olaraq otağın hər bir küncünə yayılır - bunu isə mükəmməl nəticə hesab etmək olar. Bax belə. Mən otaqların bir neçə effektiv işıqlandırma üsulları barədə sizə çox qısa şəkildə məlumat yazmaq istədim. Əgər kömək edə bildimsə, təşəkkür edirəm!