İnteryer
yeniləməyin 7 aktual və asan üsulu
Hətta bütün xırdalıqları düşünülmüş interyer də zaman keçdikcə köhnələ bilər: bu yeni tendensiyaların üzə çıxması ilə yanaşı həm də get gedə dünya görünüşü, həyat tərzi və subyektiv komfort hissinin dəyişməsinin də nəticəsi ola bilər. Lakin yaranan vəziyyəti düzəltmək üçün çox bahalı remont etmək heç də vacib şərt deyil.
Bunun üçün Siz müxtəlif interyer bəzək əşyaları, bəzi funksional cihazlar və dekordan düzgün şəkildə yararlana bilərsiz.
Hətta bütün xırdalıqları düşünülmüş interyer də zaman keçdikcə köhnələ bilər: bu yeni tendensiyaların üzə çıxması ilə yanaşı həm də get gedə dünya görünüşü, həyat tərzi və subyektiv komfort hissinin dəyişməsinin də nəticəsi ola bilər. Lakin yaranan vəziyyəti düzəltmək üçün çox bahalı remont etmək heç də vacib şərt deyil.
Güzgülər
Bir çox insan güzgü dekorunu sadəcə yaraşıq vermək üçün istifadə etsədə, əslində güzgülərin rolunu əvəzolunmazdır, çünki güzgü divarları vizual olaraq genişləndirir və otağı təbii şəkildə işıqlandırır – bu isə otağa fərahlıq hissi bəxş edir.
Yalnız bir şeyi unutmayın: otaq nə qədər kiçik olsa, güzgünün raması (çərçivəsi) bir o qədər şahəli görünməlidir.
Çıraqlar
Baxmayaraq ki, “nöqtəyi üsul”-la işıqlandırılma sistemi son vaxtlar çox populyarlaşıb, yenə də bir çox evlərdə sadəcə tavan çılçıraqlarından istifadə edilir. Bu isə mənzili savadlı şəkildə funksional zonalara (misal üçün, işlək zona, istirahət, çay\qəhvə içmə, oyun zonası və s.) bölməkdə çətinlik yaradır.
Buna görə də, əgər siz evinizin interyerini həyat tərzininzə uyğun olan zonalara rahat bölmək üçün tənzimlənən lokal işıq mənbələrdən istifadə etmək olar – “bra” və “torşer”-lər. Onu da qeyd edim ki, adı çəkilən çıraqların orijinal konstruksiyası isə onları otağ interyerinin effektli dekor əlavəsinə çevirə bilər.

Posterlər
Əgər sizin boş divarınız varsa – onu bəzəyin. Və bunun üçün ancaq hansısa rəsm əsərinin reproduksiyası şərt deyil, məsələn, tematik posterlər də ola bilər. Bu cür posterlərin variantları isə kifayət qədərdir:- vintaj açıqçalar;- retro-afişalar;- komiks şəkilləri;- monoxromlu qrafika;- pop-art və sair.
Sadəcə onu əlavə edim ki, sözü gedən posterləri divara həm simmetrik, həm də xaotik şəkildə yerləşdirə bilərsiz.
Balaca xalçalar
Müasir interyerdə 2 sonluq mövcuddur: ya minimalizm üslübunun nəticəsində tamailə “geyimsiz” döşəmə, ya da klassik üslübüna aid edilən, döşəməni bütöv çəkildə örtən rəngarəngli xalılar.Zənnimcə, uğurlu kompromis – bir və ya bir neçə müxtəlif növ fakturalı xırda xalçalardır.
Misal kimi, “şeggi” və ya hamar səthli xalçalar.
Pəncərə dekoru
Sintetik materiallardan olan pərdələr qədər heç bir interyer vahidi otağın aurasını ağırlaşdıra bilməz. Onları daha elegant “roma” pərdələri ilə əvəz etmək olar. “Roma” pərdələri necə olur? – Bu yüngül parçalı roletlərdir.
Başqa bir üsul – kontrast təkparça bir-qatlı pərdələrdir. Seçim sizindir.
“Yaşıl Guşə”
Xüsusi altlıqlar vasitəsiylə ev bitkilərini tamdəyərli interyer atributuna çevirmək mümkündür.Bu məqsəd üçün Sizə bir neçə müxtəlif formalı qabdan ibarət olan “kaşpo” kömək edə bilər.

Bundan başqa, Siz tavan və divarları “yaşıllaşdıra” da bilərsiz. Bundan ötrü isə mağazalarda tavandan və divarlardan asılan kaşpolar istehsal edir.
Saxlanma sistemləri
Bir otağın dağınıq görünməsinin əsas səbəblərindən biri: əşyalar çoxdur – yer azdır. Bu problemin həlli isə düzgün saxlanma sisteminin quraşdırılmasından asılıdır. Əgər şkaflar qapı bağlanmayana qədər doludularsa, deməli kompakt şəkildə əşyaları saxlamaq üçün “puf”-lardan və səbətlərdən istifasdə eməyiniz məsləhətdir.

Dekorativ səbətlərin əsas 3 üstünlüyü var:
1) Onların ölçüləri müxtəlif olur, bu isə onları istədiyiniz yerdə yerləşdirməyə imkan verir.
2) Onlar mobildir, yəni siz səbətləri heç bir mebelin yerini dəyişmədən istifadə edə bilərsiz
3) Onların dizaynı və material seçimi kifayət qədər, - bu isə o deməkdir ki, siz interyerinizin stilinə və mebel üslubunuza və CİBİNİZƏ ən uyğun olan modelini əldə edə bilərsiz.

No comments:
Post a Comment