Ev kitabxanasının təchizi haqqında
Yəgin ki, bir çoxlarımız evimizdə kitabxananın ya sahibiyik, ya da sahibi olmaq arzusundayıq. Bunun üçün sizə topladığım bir neçə ideya nümunələrini təqdim edirəm.
Üç mərtəbəli kitabxana
Kitablara qarşı böyük sevgisi ilə seçilən italiyalı arxitektor – Mario Bellinin evində uzunluğu 9 metr olan və evin 3 mərtəbəsindən keçən kitabxanası var. İstədiyin kitabi isə xüsusi düşünülmüş sistem köməyi ilə tapmaq mümkündür.
Onu da qeyd edim ki, Bellini tanınmış arxitektor Pyero Portaloppi tərəfindən rekonstruksiya edilmiş XIX əsrdə Toronto şəhərində inşa edilmiş binada yaşayır.
Kitabxana-Podium
Müştərinin istəyini yetirmək məqsədiylə, dizayner Aleksey Bıkov OSB-plitələrdən çox sayda şaquli və üfüqi rəflərdən ibarət “podium” yaratdı.
Pəncərə Kitabxanası
Oxumaq üçün rahat yer düzəltmək üçün sadəcə pəncərəli boş divar da kifayət edə bilər.
Qamak setkalı kitabxana (ən sevdiyim)
Madriddəki Playoffice studiyasının mütəxəssisləri uşaqların marağını cəlb edəcək qeyri-adi kitabxana düşünüblər. Kitabxananın qeyri-adiliyi qamakdadır, yəni təbiət qoynundaki kimi, evdə də qamakda uzanıb kitab oxumaq olar. Yeri gəlmişkən, bunu təkcə uşaqlar yox, böyüklər də bəyənir.
Pilləkən kitabxanası
Əgər sizin evinizdə kitabxana üçün xüsusi otaq yoxdursa, o zaman siz də Platform 5 Architects studiyasının öz müştərisi üçün düzəltdiyi pilləkən-kitabxanasını yarada bilərsiz.
Ümid edirəm, sizə faydalı olacaq ideyanı tapacaqsız!
No comments:
Post a Comment